Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımına həsr olunmuş musiqi əsərinin Kaliforniyada premyerası keçirilib - VİDEO

Fevralın 25-də Kaliforniyada yaşayan tanınmış kamança ustası İmamyar Həsənovun Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş musiqi əsərinin premyerası keçirilib.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu məlumat yayıb.

Bildirilib ki, əsər Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlib. Sosial şəbəkələr vasitəsilə keçirilmiş premyera böyük rəğbət qazanıb və geniş yayılıb. 

Musiqi əsərinin əvvəlində Xocalı soyqırımı haqda məlumat verilir, beynəlxalq “Human Rights Watch” təşkilatının bu dəhşətli faciəni Ermənistan-Azərbaycan münaqişəsi tarixində “ən böyük qətliam” adlandırdığı diqqətə çatdırılır. Videoda həmçinin soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıların bəzilərinin şəkilləri nümayiş etdirilir. 

26 Fevral 2021 11:38 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Aprel 2021 | 08:22
Eldar Tofiq oğlu Quliyev
15 Aprel 2021 | 09:58
Kaşğarda Azıx şəhəri
13 Aprel 2021 | 01:35
On bir ayın sultanı gəldi...

Köhnə versiyamızdan xəbərləri izlə