Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni müqavilə

İngiltərənin “Everton” klubu müdafiəçisi Lukas Din ilə müqavilənin müddətini uzadıb.

27 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayında başa çatacaq yeni müqavilə imzalanıb.

Fransa yığmasının da üzvü olan sol cinah müdafiəçisi 2018-ci ildən “Everton”da çıxış edir. Qeyd edək ki, Lukas Din daha öncə İtaliyanın “Roma”, Fransanın PSJ, İspaniyanın “Barselona” klublarında da çıxış edib. “Everton” onu məhz Kataloniya təmsilçisindən, 20,2 milyon avroya transfer etmişdi.

Fransız futbolçu İngiltərə təmsilçisində indiyə qədər 97 matça çıxıb və 5 qol vurub.

Xəbəri “goal.com” yayıb.

Elçin ABBASOV,

“Xalq qəzeti"

26 Fevral 2021 00:48 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
21 Aprel 2021 | 07:59
Sabiq prezident iş axtarır

Köhnə versiyamızdan xəbərləri izlə