Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Komendant saatı yenidən tətbiq edilib

İordaniyada COVID-19-a yoluxma sayının artmasından sonra hökumət ciddi məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Bununla bağlı qəbul edilən yeni sərəncama əsasən ölkədə komendant saatının (saat 22:00-dan 06:00-dək) yenidən başlanması qüvvəyə minib.

Krallığın Baş naziri Bişer Al-Hasaun sərəncamı ilə həmçinin maskasız gəzənlərə və sosial məsafəyə riayət etməyənlərə qarşı pul cərimələrinin artırıldığı da elan edilib.

Sanitar-epidemioloji normalara etinasızlıqlarına görə müəssisə və ticarət obyektlərinin, həmçinin qadağan olunmasına baxmayaraq, qəlyan verilən kafe və restoran sahibləri 4 min dollardan artıq məbləğdə cəzalandırıla bilərlər.

Sərəncama əsasən cümə günləri bir saat ərzində məscidə ibadət etməyə piyada getmək icazəsi verilir.

Xəbəri BBC yayıb.

26 Fevral 2021 00:43 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
21 Aprel 2021 | 07:59
Sabiq prezident iş axtarır

Köhnə versiyamızdan xəbərləri izlə