Ən son xəbərlər
TASS-ın yaydığı məlumata görə, Qazaxıstanda koronavirusla bağlı idarələrarası komissiyanın iclası keçirilib.
Bildirilir ki, iclasın yekununda qüvvədə olan məhdudiyyətlərin yumşaldılmasına dair qərar qəbul edilib. Qəbul edilən qərara əsasən bu il martın 1-dən etibarən tamaşaçılarla idman yarışlarına, dəfn mərasimləri (salonun tutumunun 30 fazidən çox olmamaq şərtilə) keçirməyə, bilyard otaqları, uşaq əyləncə klublarının fəaliyyətinə icazə veriləcək. Bazarların, ticarət mərkəzlərinin və iri ticarət evlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər də ləğv ediləcək. Həmçinin ölkənin bölgələrində cümə namazının qılınmasına icazə veriləcək. Yeni qaydalar 2021-ci il martın 1-dən tətbiq olunacaq. Xatırladaq ki, kollektiv cümə namazları Qazaxıstanda fövqəladə vəziyyətin tətbiq olunduğu 2020-ci ilin martından qadağan edilmişdi.
Mahmud QƏRİBOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə