Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uilyam Berns ABŞ-ın ən böyük geosiyasi rəqibinin adını açıqladı

U.Berns bəyan edib ki, Pekinlə rəqabət Vaşinqton üçün onilliyin əsas vəzifələrindən biri olacaq.

“Dünyada bugünkü şərait daha mürəkkəb və rəqabətli hala gəlib. Bu, terrorizm və nüvə silahının yayılmasından tutmuş, Rusiya, Şimali Koreya və İranla bağlı məsələlərə qədər təhlükələrin davam etdiyi bir dünyadır. Ancaq bu, həm də iqlim dəyişikliyi və qlobal sağlamlıq təhlükəsizliyinin Amerika xalqına ağır zərbə vurduğu, kiber təhdidlərin cəmiyyətlərimiz üçün getdikcə böyük təhlükə yaratdığı və Çin rəhbərliyinin yaratdığı yeni problemlər və çağırışlar dünyasıdır”, – deyə Berns qeyd edib.

O, həmçinin ABŞ Prezidenti Co Bayden “Çin üzərində rəqabət mübarizəsində önümüzdəki onilliklərdə Amerikanın milli təhlükəsizliyi üçün əsas çağırış olacaq” sözlərini də xatırladıb. Berns Ağ evin hazırkı başçısı tərəfindən kəşfiyyat agentliyinin rəhbəri vəzifəsinə namizəd göstərilib.

Bundan əvvəl də ABŞ və Kanadanın Çinlə qarşıdurmada birləşdiyi barədə məlumatlar yayılırdı. "Buraya, Çinlə daha yaxşı rəqabət etmək və dəyərlərimizi daha yaxşı qorumaq üçün yanaşmalarımızı koordinasiya etmək də daxildir”, – deyə Bayden bildirmişdi. 20 fevralda xəbər verilirdi ki, ABŞ Prezidenti Avropa Birliyi ilə birlikdə Çinə qarşı mübarizə aparmaq və onun “iqtisadiyyatdan sui-istifadə və məcburiyyətinə” müqavimət göstərmək istəyir.

Münhen Təhlükəsizlik Konfransında çıxış edən Bayden, ABŞ və xarici tərəfdaşlarının "Çini iqtisadi tətbiqlərinə görə cavabdeh etmək" zərurətini söyləyirdi.

 Rövşən TOĞRUL,

“Xalq qəzeti”

26 Fevral 2021 02:56 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 Aprel 2021 | 04:42
Zelenski Parisə səfər edib

Köhnə versiyamızdan xəbərləri izlə