Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa şirkətləri “Şimal axını-2” layihəsindən çıxıb

Avropanın bir sıra şirkətləri “Şimal axını-2” layihəsində iştirakdan imtina edib. Bununla bağlı siyahını “Reuters” agentliyi yayıb. “Lenta.ru”nun verdiyi məlumata görə, siyahıda Fransanın AXA Group sığorta və ABŞ-ın Baker Hughes neft şirkətlərinin də daxil olduğu 18 firmanın adı yer alıb.

Bundan əlavə, Almaniyanın Bilfinger SE и Munich Re Syndicate konsernləri, Det Norske Veritas (DNV GL) beynəlxalq sertifikat və klassifikasiya, eləcə də İsveçrənin Zurich Insurance Group şirkətləri də layihədə iştirakını dayandırdığını elan edib.

Siyahıya AEGIS Managing Agency, Arch Insurance, Aspen Managing Agency, Beazley Furlonge, Canopius Managing Agents, Chaucer Syndicates, Chubb Underwriting Agencies, Hiscox Syndicates, Markel Syndicate Management, MS Amlin Underwriting, Tokio Marine Kiln Syndicates, Travelers Syndicate Management şirkətləri də daxil edilib.

On səkkiz Avropa şirkətinin “Şimal axını-2” layihəsindən çıxması, fevralın 23-də məlum olub. Almaniyanın “Tagesspiegel” qəzetinin Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinkenin Konqres üçün hazırladığı hesabata istinadən bildirdiyi kimi, bu şirkətlərin layihədə iştirakdan imtinası ABŞ-ın sanksiya hədələri ilə bağlıdır. Qeyd edək ki, “Şimal axını-2” Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya çəkilən qaz kəməridir. Hazırda obyektdə işlərin 95 faizinin hazır olduğu bildirilir.

Layihənin dəyəri isə 11 milyard dollardır. Qaz kəmərinin 2019-cu ilin sonuna qədər istismara buraxılması nəzərdə tutulurdu. Ancaq ABŞ-ın sanksiyaları səbəbindən tikintinin başa çatdırılması mümkün olmayıb. Bəzi məlumatlara görə, Vaşinqtonda obyektin inşasına ona görə mane olurlar ki, ABŞ-ın sıxılmış qazı Avropa bazarında Rusiyanın kəmərlə ixrac edəcəyi qazla rəqabət aparır. Rusiya isə kəmərin tikintisini başa çatdıracağını bəyan edib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

26 Fevral 2021 02:54 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 Aprel 2021 | 04:42
Zelenski Parisə səfər edib

Köhnə versiyamızdan xəbərləri izlə