Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Diaspor fəaliyyətində Misirlə əməkdaşlıq məsələləri barədə

Diasporla İş üzrə Dövlət Komitəsində Misir Ərəb Respublikasının Parlament sədrinin birinci müavini Əs-Seyyid Mahmud Əş-Şərifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Moderator.az xəbər verir ki, görüşdə Misir-Azərbaycan əlaqələri, Misirdəki Azərbaycan icmasının ölkənin mədəni, sosial, iqtisadi həyatındakı rolu müzakirə olunub.

Dövlət Komitəsinin sədri qeyd edib ki, iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsində xalqlarımız arasında tarixi əlaqələrin, prezidentlərin qarşılıqlı səfərlərinin, eləcə də diaspor təşkilatlarının böyük rolu var.

Azərbaycanla Misir arasında mədəni, iqtisadi və digər sahələrdə olduğu kimi diaspor fəaliyyətində də münasibətlərin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Bu məqsədlə Dövlət Komitəsi ilə Misirin Miqrasiya və Xaricdəki Misirlilərlə İş üzrə Dövlət Nazirliyi arasında əlaqələrin qurulması qərara alınıb. Qarşlıqlı əməkdaşlığın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da səmərəli olacağı diqqətə çatdırılıb.

Misir Parlament sədrinin birinci müavini Əs-Seyyid Mahmud Əş-Şərifi isə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiyini vurğulayıb. O, ikitərəfli əlaqələrin, dostluq münasibətlərinin möhkəmlənməsi üçün bütün addımların atıldığını qeyd edib və Misirin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

27 Oktyabr 2018 17:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə