Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oğuz Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 4 lot üzrə keçiriləcəkdir.
Lot-1. Torpaq məcralı Həsənbəy arxının (14 km), Xaçmaz kənd arxının (12 km), Bucaq kənd arxının (10 km) beton üzlüyə alınması,üzərindəki qurğularla birlikdə təmirinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınmnası.
Lot-2. Cari təmir işlərinin görülməsi üçün mal-materialların satın alınması.
Lot-3. Maşın və mexanizmlərə ehtiyat hissələrinin satın alınması.
Lot-4. Mexanizmlərlə torpaq işlərinin görülməsi (suvarma kanallarının lildən təmizlənməsi və çay məcralarının tənzimlənməsi).
Tender iştirakçılarına təklif olunur ki,öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər.Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyatı xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 31-nə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs – Məmmədov Vahid Mirsahib oğlu.
Ünvan – Oğuz şəhəri, 20 Yanvar küçəsi 3.
E-mail – [email protected]
Telefon – 024 -21 5 20- 76, 024- 21 5 32-56
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər lot üçün 100 (bir yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat – Oğuz Suvarma Sistemləri İdarəsi
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
H/h- AZ18CTRE00000000000002350301
VÖEN-6600073211
Bank- Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN- 1401555071
Kod- 210005
M/h- AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: BIK CTREAZ22
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı – bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır;
Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər
1. Vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış .
2. İddiaçının son maliyyə dövrünə olan fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiqlənmiş maliyyə hesabatının surəti .
3. Maliyyə vəziyyəti haqqında bank arayışı.
4. Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış.
5. Nizamnamə .
6. Qeydiyyatdan keçdiyi ölkə, dövlət reyestrindən çıxarış və şəhadətnamə .
7. Rekvizitlər .
Malgöndərənlər (podratçılar) aşağıdakı bəndlərdə qeyd olunan sənədləri tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank təminatını lot-1 üzrə 17 mart 2021-ci il saat 17.00-a, lot-2 üzrə 18 mart 2021-ci il saat 17.00-a, lot-3 və lot-4 üzrə isə 19 mart 2021-ci il saat 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifi zərfləri lot-1 üzrə 2 aprel 2021-ci il saat 17.00-da, lot-2 üzrə 5 aprel 2021-ci il saat 17.00-da, lot- 3 və lot-4 üzrə isə 6 aprel 2021-ci il saat 17.00-da elektron portal vasitəsilə açılacaqdır.

26 Fevral 2021 03:50 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Aprel 2021 | 08:32
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə