Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xocalı: Soyqırımın xronikası” kitabı Ukrayna dilində təqdim edilib

Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, UAR həmsədrləri Hikmət Cavadov, Oleq Krapivin, nəşriyyat müdiri Dmitri Buraqo, tanınmış ukraynalı alimlər Oleq Kupçik və professor Fərhad Turanlı, kitabın tərcüməçisi Mehman Salmanov, Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşesi, polkovnik İlqar Ağayev, səfirliyin müşaviri Vüsal Süleymanov və başqaları çıxış ediblər.
Natiqlər bildiriblər ki, hazırda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində mühüm işlər görülür. Bu kitabın Ukrayna dilində nəşri də görülən işlərin tərkib hissəsidir.
Səfir bildirib ki, bu kitab Ukrayna cəmiyyətində Xocalı soyqırımı haqqında real mənzərə yarada biləcək: “Ukraynalılar Xocalı soyqırımı haqqında yazılan məqalələr, poemalar, əsərlər vasitəsilə Ermənistanın Azərbaycanın mülki şəxslərinə qarşı necə amansız, insanlıq əleyhinə ağır cinayət törətdiyinin şahidi olacaqlar. Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir”.
Səfir əlavə edib ki, yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü artıq ifşa olunub. Dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul edir, Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində öz əksini tapıb.
Azərbaycanın tanınmış şairi Nurəngiz Günün tərcümə edilmiş və kitaba daxil edilmiş məşhur “Xocalı simfoniyası” poemasının yazıçı Lesya Mudrak tərəfindən səsləndirilməsi tədbir iştirakçılarını qəhərləndirib. Kitabda Xocalı soyqırımına dair fotomateriallar, həmçinin UNESCO Rəssamlar Federasiyasının üzvü, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun Xocalı soyqırımına dair rəsm əsərləri də yer alıb.
 

“Xalq qəzeti”

26 Fevral 2021 01:24 -
20 Aprel 2021 | 05:02
Nadir təbiət hadisəsi
16 Aprel 2021 | 08:42
BİLDİRİŞ
15 Aprel 2021 | 09:17
BİLDİRİŞ
14 Aprel 2021 | 09:33
111 milyon dollar yardım

Köhnə versiyamızdan xəbərləri izlə