Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Miqrasiya proseslərinə nəzarət gücləndirilir

Nuhçixan-da verilən məlumata görə, Muxtar Respublikada  miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər davam etdirilib.

Yanvar-sentyabr ayları ərzində xidmət tərəfindən Muxtar Respublika  ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 231 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb. 

 Ümumilikdə, ötən müddətdə Dövlət Miqrasiya Xidmətinə 8282 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ötən 9 ayda olduğu yer üzrə qeydiyyatla bağlı 7447 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 3008-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri də həyata keçirilib.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”
    

27 Oktyabr 2018 17:30 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə