Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BNA: Sabah bəzi avtobusların hərəkət qrafikində dəyişiklik olacaq

26 fevral Xocalı soyqırımının 29-cu ildönümü günü Xətai rayonu Xocalı prospekti “Ana fəryadı” abidəsi qarşısında keçiriləcək anım tədbiri ilə əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti də müvəqqəti olaraq dəyişdiriləcək. 

 Bakı Nəqliyyat Agentliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, dəyişiklik ümumilikdə 7 müntəzəm marşrut xəttini (4, 21, 30, 32, 46, 49 və 175) əhatə edir. Qeyd olunan müntəzəm xətlər üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək. 

 

Dəyişiklik 26.02.2021-ci il səhər saat 08:00-dan məhdudiyyət tam aradan qaldırılanadək davam edəcək.

25 Fevral 2021 17:51 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə