Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BDU-da “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” mövzusunda seminar keçirilib

BDU –nun Mətbuat və informasiya şöbəsinin verdiyi xəbərə görə, Bakı Dövlət Universitetində “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” mövzusunda maarifləndirici seminar keçirilib. Seminar BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Narkotizmlə Mübarizə İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

THİK sədri, dosent Daşqın Qənbərov narkomaniyanın 21-ci əsrin ən böyük bəlalarından hesab olunmasından, həmçinin seminarın gənclərin maariflənməsi baxımından mühüm əhəmiyyət kəsb etməsindən danışıb.

Narkotizmlə Mübarizə İctimai Birliyinin sədri Kənan Qubadzadə təmsil etdiyi İctimai birlik haqqında məlumat verib, narkomaniya ilə mübarizənin Azərbaycan dövlətinin əsas vəzifələrindən biri olduğunu vurğulayıb. O, Narkotizmlə Mübarizə İctimai Birliyininin dövlət və Qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlığından, İctimai birlikdə könüllülük fəaliyyətinin mövcud olmasından danışıb, tələbələri bu istiqamətdə aktiv olmağa səsləyib…

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

27 Oktyabr 2018 17:23 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə