Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Google şirkəti Play Music-dən bütün məlumatları silib

Google şirkəti tərəfindən Play Music musiqi xidmətinin bütün istifadəçilərinə dair məlumatlar silinib. Şirkət nümayəndələri ötən gün istifadəçilərə məlumatlarını YouTube Music-ə köçürmək üçün xəbərdarlıq ediblər. Çünki məlumatları silindikdən sonra köçürüləcək heç bir informasiya qalmayıb. Google-ın musiqi xidmətindəki yüklənmiş mahnılar, satınalmalar, yaradılan çalğı siyahıları, saxlanan kitabxanalar və istifadəçi kitabxanasındakı mahnılarla, hətta "Bəyən" işarəsi ilə bağlı bütün informasiyalar 2011-ci ildən bəri toplanır.

 "Xalq qəzeti" xəbər verir ki, istifadəçi dünən YouTube Music tətbiqindəki alətdən istifadə edərək bütün məlumatları ötürə bilər və ya Google Takeout xidmətindən istifadə edərək məlumatların bir nüsxəsini yükləyə bilərdi. 

İxrac zamanı istifadəçinin bütün yüklənmiş və alınmış mahnıları, yaradılan çalğı siyahıları və digər ödəniş məlumatları köçürülüb. Bu gündən etibarən YouTube Music platforması, şirkətin son vaxtlar getdikcə daha çox məşğul olduğu yeganə Google axın xidməti olacaq. Göründüyü kimi, şirkət bu bazarın əsas oyunçuları ilə rəqabət aparmaq istəyir.

25 Fevral 2021 14:46 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə