Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xocalı faciəsi rəsmlərdə” adlı virtual rəsm sərgisi açılıb

Mədəniyyət Nazirliyinin karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş tədbirlər planından irəli gələn tədbirləri həyata keçirmək məqsədilə, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası gənclərin iştirak edə biləcəyi müxtəlif vətənpərvər, maarifləndirici tədbirlərin keçirilməsini planlaşdırır.

Kitabxanadan "Xalq qəzeti"nə verilən məlumata görə, bu tədbirlərdən biri "Xocalı soyqırımı rəsmlərdə" adlı virtual rəsm sərgisidir. Sərginin açılmasında əsas məqsəd Xocalı soyqırımının gənclərə tanıdılması və təbliğidir.

Respublika Gənclər Kitabxanasının təşəbbüsü ilə keçirilən virtual sərginin layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçısı isə Aygün İsgəndərovadır. Sərgiyə hazırlıq işləri bir ay öncədən başlanılıb.

100 nəfərdən artıq gəncin qoşulduğu bu layihədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin və Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri ilə yanaşı, həvəskar rəssamlar da iştirak ediblər.

Sonra virtual sərginin qalibləri seçilərək, fəxri fərmanlarla mükafatlandırılıblar.

25 Fevral 2021 14:34 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Aprel 2021 | 08:22
Eldar Tofiq oğlu Quliyev
15 Aprel 2021 | 09:58
Kaşğarda Azıx şəhəri

Köhnə versiyamızdan xəbərləri izlə