Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

9 ayda 2349 nəfər məcburi köçkün işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə aktiv məşğulluq tədbirləri davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, növbəti belə tədbir, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksində əmək yarmarkası keçirilib. Aktiv məşğulluq tədbirində 65 müəssisədən 462 vakant iş yeri təqdim olunub ki, onlardan 393-ü özəl, 69-u dövlət sektoruna aid müəssisələrdəndir.

Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov iştirak ediblər.

M.Kərimli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, aktiv məşğulluq tədbirlərinin ildən-ilə gücləndirildiyini, sosial cəhətdən həssas qrupların, o cümlədən məcburi köçkünlərin məşğulluğunun təmin olunmasının dövlət məşğulluq orqanlarının əsas fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb. Nazir müavini 2018-ci ilin 9 ayında nazirliyin məşğulluq orqanlarının xətti ilə 2349 nəfər məcburi köçkünün işlə təmin edildiyini, 186 nəfər məcburi köçkünün peşə hazırlığına, 56 nəfər məcburi köçkünün isə ödənişli ictimai işlərə cəlb olunduğunu bildirib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

27 Oktyabr 2018 15:58 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə