Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ombudsman Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvləri ilə onlayn görüş keçirib

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvləri Bernd Vöringer və  Stüart Dikson ilə videokonfrans formatında görüş keçirib. Görüşün əsas məqsədi “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının Azərbaycan tərəfindən icrası ilə bağlı növbəti monitorinq hesabatının hazırlanması üzrə müzakirə aparılması, sonuncu monitorinq səfərinin nəticələri əsasında qəbul edilmiş tövsiyə sənədlərinin icrası vəziyyətinin təhlili olub. 
Ombudsman Aparatının mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Səbinə Əliyeva çıxışında Azərbaycan Ombudsmanı ilə görüş təşəbbüsünə görə təşəkkürünü bildirib, ölkəmizin Avropa Şurasının insan hüquqları sahəsində sənədlərinə qoşulmasının milli qanunvericiliyin təkmilləşdirilməsinə müsbət təsiri barədə danışıb. Videokonfransda Avropa Şurası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Ombudsman təsisatının həyata keçirdiyi layihələr haqqında məlumat verilib.   
Azərbaycan tərəfindən “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının ratifikasiya edildiyini xatırladan Оmbudsmаn yerli icra hakimiyyəti və özünüidarə orqanları ilə əlaqələr barədə geniş məlumat verib.
Videokonfransda Ombudsman təsisatı ilə yerli icra strukturları və bələdiyyələrin əsas əməkdaşlıq istiqamətləri barədə məlumat verilib. Ombudsman Səbinə Əliyeva insan hüquqlarının səmərəli müdafiəsi, habelə dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən insan hüquqlarına əməl edilməsi məqsədilə bu əməkdaşlığa önəm verildiyini bildirib. Ölkənin kənd və rayonlarından Ombudsmanın ünvanına göndərilən şikayətlərlə bağlı müxtəlif yerli icra hakimiyyətlərinə, bələdiyyələrə  sorğular göndərildiyi, bir çox şikayətlərin təmin edildiyi vurğulanıb. Eyni zamanda, Ombudsmanın bölgələrə səfərləri zamanı yerli əhali, o cümlədən ərizəçilərlə görüşlər keçirdiyi, yerli icra strukturları, bələdiyyə ilə əməkdaşlıqda əksər məsələlərin həllinə nail olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, insan hüquqları sahəsində maarifləndirmə istiqamətində də Ombudsman təsisatı ilə bu orqanlar arasında geniş əməkdaşlıq mövcuddur. 
Bununla yanaşı, ölkəmizdə keçirilən son bələdiyyə seçkilərinə hazırlıq dövründə Ombudsmanın təşəbbüsü ilə yerlərdə maarifləndirmə tədbirləri keçirildiyi, ümumilikdə 518 məntəqədə, o cümlədən hərbi hissələrdə və penitensiar müəssisələrdə Ombudsman və təsisatın əməkdaşlarının həmin seçkiləri müşahidə etdiyi qeyd olunub.

 

25 Fevral 2021 10:55 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə