Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzuli Suvarma Sistemləri İdarəsi 2021-ci il üçün AÇIQ TENDER ELAN EDİR

Tender 2 (iki) Lot üzrə keçirilir.
Lot – 1. Suvarma kanallarının lildən təmizlənməsinin satın alınması.
Lot – 2. Mal-materialların və ehtiyat hissələrinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının www.etender.gov.az vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı hər bir lot üçün 60 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılımır.
Füzuli SSİ
• VÖEN– 7500117391
• H/h – AZ92CTRE00000000000002354401
• Dövlət Xəzinədarlığı Agentliyi
• VÖEN – 1401555071
• Kod – 210005
• M/h – AZ41NABZ01350100000000003944
• S.W.İ.F.T: CTREAZ22
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
– iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
– tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
– tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);
– malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
– malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
– malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb edilən sənədlərdə və formalarda təqdim olunmalıdır);
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
– əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir.
İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 17 mart 2021-ci il saat 12.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 1 aprel 2021-ci il saat 12.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 2 aprel 2021-ci il saat 12.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
Qeyd – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
 

Tender komissiyası

25 Fevral 2021 03:50 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
11 Aprel 2021 | 02:59
BİLDİRİŞ
11 Aprel 2021 | 02:51
BİLDİRİŞ
11 Aprel 2021 | 02:22
BİLDİRİŞ
11 Aprel 2021 | 01:51
BİLDİRİŞ
10 Aprel 2021 | 00:31
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə