Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri şəxsi səhifələrə göndərilib

Fevralın 5-18-də keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, onlayn müsahibələrdə iştirak edən 2 min 912 namizəddən 2 min 715-i müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı qazanıb.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti müsahibələrin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. Həmçinin, onlayn müsahibə mərhələsində uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.

24 Fevral 2021 21:28 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə