Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Avrasiyanın əsas qaz hasilatçısına çevriləcək

Azərbaycan Avrasiya regionunda üçüncu ən iri qaz istehsalçısına çevriləcək. 

"Xalq qəzeti" xəbər verir ki, bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) 2050-ci ilədək qaz bazarı üzrə proqnozunda ("Global Gas Outlook 2050") qeyd olunur.  

"2050-ci il üçün qaz hasilatı təxminən 40 mlrd.  kubmetrə çatacəq Azərbaycan regionun üçüncü ən iri qaz istehsalçısına çevriləcək", hesabatda qeyd edilir. 

 

Proqnoza əsasən,  artım Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" və "Abşeron" qaz-kondensat yataqlarının hesabına təmin ediləcək. 

Bununla yanaşı, hesabatda qed olunur ki,  2050-ci il üçün reqionda qaz istehsalı 40% artaraq 1,3 trln. kubmetrdən bir gədər az olacaq. Artım reqionun qaz istehsalı üzrə iki liderləri olan Rusiya (78%) və Türkmənistanın (18%) hesabına əldə olunacaq.

24 Fevral 2021 18:55 - İQTİSADİYYAT
İQTİSADİYYAT
21 Aprel 2021 | 09:54
"Azeri Light" nefti ucuzlaşıb
21 Aprel 2021 | 09:26
AMB-nin valyuta məzənnələri
21 Aprel 2021 | 09:09
Neft yenidən ucuzlaşıb
20 Aprel 2021 | 10:16
Azərbaycan nefti bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə