Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın qida məhsullarının BƏƏ-yə ixracına dair ilkin razılıq əldə olunub

Azərbaycan şirkətləri yağ, çay, mineral sular və s. məhsulların Qırğızıstan, Özbəkistan, İraq, Yəmən, Liviya, BƏƏ və digər ölkələrə ixracına dair danışıqlar aparırlar.

İqtisadiyyat Nazirliyindən “Xalq qəzeti”nə verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq ərzaq sərgisində iştirak edən bir sıra yerli şirkətlər ilə BƏƏ şirkətləri arasında məhsul ixracına dair ilkin razılıq əldə ediblər.

Qeyd edək ki, nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan məhsulları “Gulfood 2021” beynəlxalq ərzaq sərgisində nümayiş olunur. Sərgidə 85 ölkədən olan şirkətlər öz məhsullarını təqdim edir.

Azərbaycanın 15 şirkətinin istehsal etdiyi pomidor, fındıq, balıq kürüsü, mineral sular, meyvə şirələri, limonad, qənnadı məmulatları, un məmulatları, çay, mürəbbə və digər məhsulları nümayiş olunur. Sərgi fevralın 25-dək davam edəcək.

24 Fevral 2021 17:42 - İQTİSADİYYAT
İQTİSADİYYAT
21 Aprel 2021 | 09:54
"Azeri Light" nefti ucuzlaşıb
21 Aprel 2021 | 09:26
AMB-nin valyuta məzənnələri
21 Aprel 2021 | 09:09
Neft yenidən ucuzlaşıb
20 Aprel 2021 | 10:16
Azərbaycan nefti bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə