Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda qarlı hava ilə əlaqədar qurulan çadırların - SİYAHISI

Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün paytaxtın beş ərazisində çadırlar quraşdırılıb.

"Xalq qəzeti"xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, çadırlar: Nərimanov rayonu - Nərimanov metrosunun çıxışı, Yasamal rayonu - İnşaatçılar metrosunun çıxışı, Binəqədi rayonu - Azadlıq metrosunun çıxışında quraşdırılıb.

Həmçinin Sabunçu rayonu və Xəzər rayonu ərazisində də çadırlar quraşdırılıb.

Çadırlar qarlı hava davam edən günlərdə sözügedən ünvanlarda qalacaq.

Qeyd edək ki, Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün çadırların quraşdırılması BŞİH və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.

24 Fevral 2021 17:24 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
22 Aprel 2021 | 14:05
Faktiki hava açıqlanıb

Köhnə versiyamızdan xəbərləri izlə