Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il Türk Şurasına sədrlik Azərbaycandan Türkiyəyə keçəcək

Bu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Azərbaycandan Türkiyəyə keçəcək.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Strateji Araşdırmalar Mərkəzi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu il dönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, Türk Şurası çərçivəsində əməkdaşlığı daha geniş perspektivdə inkişaf etdirmək əsas hədəfdir.

Yavuz Selim Kıran Türk Şurasında müşahidəçi statusu əldə etmək istəyən ölkələrin sayında artım olduğunu da vurğulayıb.

24 Fevral 2021 16:54 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə