Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Virtual sərgi: “Rənglərdə yaşayan Xocalım”

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar “Rənglərdə yaşayan Xocalım” adlı virtual sərgi təşkil edib.

Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, sərginin keçirilməsində məqsəd faciə qurbanlarının əziz xatirəsini yad etmək, Xocalı soyqırımı haqqında uşaq və gəncləri məlumatlandırmaq, onlarda Vətənə sevgi, məhəbbət hissləri aşılamaq və istedadlı uşaqları aşkara çıxarmaqdan ibarət olub.

Virtual sərgi çərçivəsində mərkəzin dərnək üzvlərinin rəsm işləri Əməkdar artist Şəhriyar İmanovun tarda ifa etdiyi “Nəbz” əsərinin sədaları altında sosial şəbəkələr vasitəsilə yayımlanıb. Rəsmlərdə təkcə Azərbaycanın deyil, bəşər tarixinin ən böyük qətliamlarından olan Xocalı faciəsinin dəhşətləri öz əksini tapıb.

24 Fevral 2021 16:24 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə