Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarlı və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

İdarədən "Xalq qəzeti"nə daxil olan müraciətdə bildirilib: “Respublikanın bir çox ərazilərində, o cümlədən paytaxt Bakıda dünən axşamdan başlayan qarlı, küləkli hava şəraiti və bəzi yolların buz bağlaması sürücülərin yollarda çətin vəziyyətlərə qalmalarına səbəb olub. Belə hava şəraitində, qarlı-buzlu yollarda nəqliyyat vasitələrini idarə etmək vərdişləri olmayan sürücülər ümumiyyətlə yola çıxmasınlar ki, özləri və digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasınlar.

Eyni zamanda, hər iki oxu aparıcı olan, qış şinləri ilə təchiz olunan nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə edilir. Yollarda hərəkət zamanı sürət həddi minimuma endirilməklə elə ara məsafəsi saxlanılmalıdır ki, qarşıdakı avtomobil dayandıqda və ya sürüşdükdə toqquşmadan yayınmaq mümkün olsun”.

24 Fevral 2021 15:14 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə