Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərişıq” hava şəraiti ilə bağlı baş verən qəzalar barədə açıqlama yayıb

Havaların kəskin dəyişməsi, qar və çovğun səbəbi ilə “Azərişıq” ASC gücləndirilmiş iş rejimində işləyir.

Qurumdan "Xalq qəzeti"nə  verilən məlumata görə, ötən gün axşam saatlarından başlayaraq qurum əməkdaşları fasiləsiz olaraq ərazidə xidmətlərini davam etdirir. Bəzi ərazilərdə buzlaşma və yüklənmə səbəbindən baş vermiş qısamüddətli açılmalar qəza xidmətinin əməkdaşları tərəfindən aradan qaldırılır. Bir neçə ünvanda isə işlər davam edir və ən qısa vaxtda elektrik enerjisi təchizatı bərpa olunacaq. 

Onu da qeyd edək ki, öncədən ərazilərə əlavə mal-material göndərilib və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

Qurum istehlakçılara müraciət edərək bildirir ki, elektrik enerji təchizatı ilə əlaqədar qarşılaşdıqları çətinliklərlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.

24 Fevral 2021 14:43 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
22 Aprel 2021 | 14:05
Faktiki hava açıqlanıb

Köhnə versiyamızdan xəbərləri izlə