Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə şagirdlərin ərizə qəbulu davam edir

Dövlət Sərhəd Xidmətinin 2021/2022-ci tədris ili üzrə Xüsusi Məktəbinin V sinfinə, 2020/2021-ci tədris ili üzrə VI, VII, VIII və IX siniflərinə şagirdlərin ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Xalq qəzeti"nə verilən məlumata görə  Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2021-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, VI, VII, VIII və IX siniflərə keçiriləcək qəbul imtahanlarında qəbul aparılan ildə ümumi təhsil pilləsinin həmin (müvafiq) sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

İmtahanlarda iştirak etmək istəyən namizədlər fevralın 28-dək DİM-in rəsmi internet saytında (www.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və pul hesabına 30 AZN əlavə etməlidirlər. Sonra dim.gov.az saytının baş səhifəsində yerləşdirilmiş keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər. Bu günə olan məlumata görə, 2622 şagird ərizəsini təsdiqlədib.

Xatırladaq ki, qəbul imtahanları DİM tərəfindən test üsulu ilə keçiriləcək. İmtahanlar mart ayında Bakı şəhərində təşkil ediləcək. İmtahanların keçirilmə tarixi və yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra DİM-in saytında elan olunacaq. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni imtahan gününə 5 gün qalmış DİM-in saytından əldə edə bilərlər.

İmtahanların nəticəsi Dövlət Sərhəd Xidmətinə təqdim ediləcək. Yüksək nəticə göstərmiş namizədlər Dövlət Sərhəd Xidməti tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaq.

Əlavə məlumat üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə müraciət etmək olar.

24 Fevral 2021 14:14 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə