Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vakant dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibədə 14 nəfər uğur qazanıb

Dövlət orqanında inzibati vəzifələrin 4-5-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə fevralın 1-dən başlanan ümumi müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən "Xalq qəzeti"nə verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifə inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Energetika Nazirliyində şöbə müdiri vəzifəsidir. Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 14, Hesablama Palatasında 3, Dövlət Statistika Komitəsində 3, Dövlət Turizm Agentliyində 3, Energetika Nazirliyində 2, Təhsil Nazirliyində 1, Şəki Apelyasiya Məhkəməsində 1 vəzifə olmaqla 27 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb. Ümumi müsahibədə iştirak üçün 229 nəfər müraciət edib. Bu günə olan məlumata görə, 6 nəfər Dövlət Statistika Komitəsində, 3 nəfər Hesablama Palatasında, 2 nəfər Təhsil Nazirliyində, 2 nəfər Dövlət Turizm Agentliyində, 1 nəfər isə Energetika Nazirliyində müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibələr martın 15-də yekunlaşacaq.

Qeyd edək ki, ötən il dekabrın 10-da 7 dövlət orqanında inzibati vəzifələrin 4-5-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan olunub. Sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmini, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilib.

24 Fevral 2021 14:03 -
20 Aprel 2021 | 05:02
Nadir təbiət hadisəsi
16 Aprel 2021 | 08:42
BİLDİRİŞ
15 Aprel 2021 | 09:17
BİLDİRİŞ
14 Aprel 2021 | 09:33
111 milyon dollar yardım

Köhnə versiyamızdan xəbərləri izlə