Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həbsdə olan Vətən müharibəsi iştirakçısı ev dustaqlığına buraxılıb - RƏSMİ

Bəzi kütləvi informasiya vasitələrində Vətən Müharibəsi iştirakçısı Ziya Kazımovun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbs edilməsi barədə düzgün olmayan məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Xalq qəzeti" verilən məlumata görə, cinayət işinin istintaqı zamanı toplanmış kifayət qədər mötəbər sübutlarla Ziya Kazımov tərəfindən konkret epizodlar üzrə cinayət törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilib, ona qarşı müvafiq ittiham irəli sürülərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müdafiəçisinin vəsatəti əsasında bu gün Bakı hərbi məhkəməsi tərəfindən Ziya Kazımovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

24 Fevral 2021 13:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
22 Aprel 2021 | 14:05
Faktiki hava açıqlanıb

Köhnə versiyamızdan xəbərləri izlə