Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paytaxtda qar örtüyünün hündürlüyü 20 santimetrə çatıb

Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 12:00-a olan məlumatına əsasən, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qrız, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabrana qar yağıb.

Xidmətdən "Xalq qəzeti"nə verilən məlumata görə, qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47, Şahdağda 27, Lerikdə 16, Qrızda 14, Gədəbəydə 12, Xaltan, Şamaxıda 11, İsmayıllıda 10, Mərəzədə 9, Qusarda 8, Qubada 7, Kişçayda (Şəki) 6, Lənkəran, Altıağac, Şabranda 4, Xınalıq, Oğuz, Qəbələdə 3, Astarada 2, Şəki, Xaçmaz, Yardımlıda 1, Bakıda 20, Sumqayıtda 8, Binədə 6, Maştağada 5 santimetr olub.

24 Fevral 2021 12:37 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə