Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadiyyat nazirliyində Meksika Deputatlar Palatasının üzvü ilə görüş

İqtisadiyyat naziri Şahin Mustafayev VI Humanitar Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti, Meksika Deputatlar Palatasının üzvü Qabriela Kuevas Barron ilə görüşüb.Nazir Şahin Mustafayev Azərbaycan-Meksika əlaqələrinın qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edib. 2008-də Azərbaycanın Meksikada, 2014-cü ildə isə Meksikanın ölkəmizdə səfirlikləri açılıb. Hər iki ölkənin parlamentlərində qarşılıqlı əməkdaşlıq üzrə parlamentlərarası işçi qrupları fəaliyyət göstərir. 2012-də Meksika Senatının qərarı ilə Meksika Xocalı soyqırımını tanıyıb.

Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi imkanlarından danışan Şahin Mustafayev iqtisadi əməkdaşlığın genişləndirilıməsi üçün möhkəm müqavilə-hüquq bazanın yaradılması istiqamətdə işlər aparıldığını qeyd edib, Azərbaycan və Meksika arasında sənaye, ticarət, investisiya, turizm, humanitar sahələrində əməkdaşlığın inkişafı üçün potensialı diqqətə çatdırıb. Meksika şirkətləri həmçinin, Azərbaycanda yaradılmış sənaye parklarında və sənaye məhəllələrində, aqroparklarda iştirak edə, birgə müəssisələr yarada bilərlər. Azərbaycan və Meksika iş adamları arasında, xüsusilə  kiçik və orta sahibkarlıq sahəsində əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımından sərgilərin, biznes forumların, yarmarkaların keçirilməsinin, ticarət evlərinin yaradılmasının önəmini qeyd edən iqtisadiyyat naziri Meksika şirkətlərini Azərbaycanda həyata keçirilən investisiya layihələrində fəal iştiraka dəvət edib.

Parlamentlərarası İttifaqın prezidenti, Meksika Deputatlar Palatasının üzvü Qabriela Kuevas Barron Meksika və Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün mövcud potensialdan istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulayıb, Azərbaycana ticarət missiyasının təşkil olunmasını təklif edib.Görüşdə Azərbaycan və Meksika arasında iqtisadi əlaqələr, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

27 Oktyabr 2018 15:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə