Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İrakli Qaribaşviliyə Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, məktubda Azərbaycan ilə Gürcüstanı zəngin ənənələrə malik dostluq və mehriban qonşuluq münasibətlərinin bağladığı vurğulanıb.

Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin və strateji əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə addımların atılacağına ümidvarlıq ifadə olunub.

24 Fevral 2021 12:10 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə