Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda buzda yıxılaraq xəsarət alanların sayı 39-a çatıb - YENİLƏNİB

Saat 18:00-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 39 nəfər (20 kişi, 19 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından "Xalq qəzeti"nə verilən məlumata görə, yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

 

***

11:41

Bu gün saat 11:30-a qədər olan məlumata görə, Bakıda hava şəraiti ilə əlaqədar 12 nəfər (4 kişi, 8 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb.

"Xalq qəzeti" xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından  bildirilib ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

 

***

10:42

 

 

Bu gün saat 10:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Xalq qəzeti" xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından  bildirilib ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

24 Fevral 2021 18:36 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə