Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda məcburi köçkünlərin yataqxanasında yanğın söndürülüb - YENİLƏNİB

Bakıda Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın söndürülüb.

 Fövqəladə Hallar Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, binanın damında başlayan yanğın tez bir zamanda nazirliyin yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

*

**

10:18

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonunun Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata görə, binanın dam örtüyü təqribən 150 kvadrametr sahədə yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

24 Fevral 2021 11:03 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə