Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan çempionatında hava şəraiti ilə əlaqədar 3 oyun təxirə salınıb

Futbol üzrə Azərbaycan çempionatında üç oyun təxirə salınıb.

"Xalq qəzeti" xəbər verir ki, Peşəkar Futbol Liqasının belə qərar qəbul etməsinə Azərbaycan ərazisində mövcud olan qarlı hava şəraiti səbəb olub.

Bununla əlaqədar olaraq I divizionun üç matçı qeyri-müəyyən müddətə təxirə düşüb. Stadionlardakı son durum təftiş olunub və bu gün keçirilməli olan “Sabah -2” – “Keşlə-2”, “Neftçi-2” – “Sumqayıt-2” və MOİK – “Kəpəz” oyunları təxirə salınıb. Görüşlərin vaxtı sonradan müəyyənləşdiriləcək. Turun “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyunu planlaşdırıldığı kimi saat 14:00-da başlayacaq.

24 Fevral 2021 09:50 - İDMAN
İDMAN
17 Aprel 2021 | 08:39
Rekord yenilənib
15 Aprel 2021 | 08:27
Dünyanın ən bahalı klubu

Köhnə versiyamızdan xəbərləri izlə