Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antonio Quterreş informasiya təhlükəsizliyindən narahatdır

BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyasının açılışında çıxış edən təşkilatın Baş katibi Antonio Quterreş koronavirus pandemiyası nəticəsində rəqəmsal məlumatların kütləvi toplanılması təhlükəsi haqqında xəbərdarlıq edib.

Mənbə yazır ki, koronavirus pandemiyasının informasiya təbliğatına rəqəmsal platformaların daha da geniş nüfuz etməsi, məlumatlardan sui-istifadə baxımından narahatlıq doğurur. O deyib: “Hər kəs haqqında böyük həcmdə informasiya massivi toplanılır. Ancaq biz bu informasiya massivinə çıxışa malik deyilik. Bu informasiyanın necə, kimlər tərəfindən və hansı məqsədlə toplanılmasını bilmirik”.

Quterreşin sözlərinə görə, bu məlumatlar reklam və marketinq daxil olmaqla kommersiya məqsədləri üçün istifadə olunur, müəyyən davranış modelləri formalaşdırılır ki, bu da vardövlətin və bərabərsizliyin artmasına səbəb olan yeni biznes modellərinin və tamamilə yeni sahibkarlıq sahələrinin yaranmasına səbəb olur.

BMT-nin baş katibi daha sonra narahatlığını belə ifadə edib: “Haqqımızda toplanılmış məlumatlar, həmçinin şüurumuzu formalaşdırmaq və qavrayışımızı idarə etmək üçün istifadə olunur, həm də bu, tamamilə gizli bir şəkildə baş verir. Hökumətlər öz vətəndaşlarının davranışına nəzarət etmək üçün bu məlumatlardan istifadə edə bilərlər ki, bu, insan hüquqlarının pozulmasıdır. Bütün bunlar elmi fantastika və XXII əsr üçün antiutopik proqnoz deyil. Bu, indi baş verir. Buna görə ciddi müzakirəyə ehtiyac var”.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

24 Fevral 2021 04:08 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Fevral 2021 | 02:58
Çində yoxsulluğa son qoyuldu
26 Fevral 2021 | 00:48
Yeni müqavilə
25 Fevral 2021 | 04:07
Yeni baş məşqçi

Köhnə versiyamızdan xəbərləri izlə