Ən son xəbərlər
Çin Turizm Akademiyası cari ildə ölkədə 4,1 milyard daxili turist səfərinin olacağını proqnozlaşdırıb.
Bu rəqəm 2020- ci ildəkindən 42 faiz çox olacaq. İl ərzində Çində turizm dövriyyəsinin təxminən 511 milyard dollara çatacağı güman olunur. Bu da ötən illə müqayisədə təxminən yarıbayarı çox olacaq. Çinin Mədəniyyət və Turizm Nazirliyinin statistikasına əsasən, ötən il pandemiya səbəbindən daxili turizmdə 52 faizlik azalma müşahidə olunub.
Məlumatı “Sinxua” yayıb.
Köhnə versiyamızdan xəbərləri izlə