Ən son xəbərlər
Bazar ertəsi Konqo Demokratik Respublikasının Şimali Kivu vilayətində BMT-nin Dünya Ərzaq Proqramı missiyasının üzvlərinə qarşı silahlı hücum olub. Hadisə nəticəsində 3 nəfər, o cümlədən İtaliyanın Konqodakı səfiri və onun cangüdəni qətlə yetirilib. BMT-nin Baş katibi Antonio Quterreş Konqo hökumətinə müraciətində cinayətkarların tezliklə müəyyənləşdirilərək ədalət məhkəməsinə təslim ediləcəyinə ümidvar olduğunu bildirib. O, eyni zamanda, regionda sülhün və sabitliyin bərqərar olması istiqamətində BMT-nin dəstəyinin davam edəcəyini vurğulayıb.
Xəbəri BBC verib.
Köhnə versiyamızdan xəbərləri izlə