Ən son xəbərlər
Bakı Şəhər Baş Səhiyyə İdarəsi tabeliyindəki müəssisələrə 2021-ci ilə tələb olunan iş və xidmətlərin satın alınması məqsədilə KOTİROVKA SORĞUSU ELAN EDİR:
Kotirovka sorğusu hər biri ayrı-ayrılıqda aşağıdakı lotlar üzrə keçirilir.
1. İçməli suyun satın alınması.
2. Çirkab maye tullantılarının daşınmasının satın alınması.
3. Əmək haqları uçotu proqramı üzrə sistemin tənzimlənməsi, yenilənməsi və məsləhət vermək təminatının satın alınması.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, M. Mirqasımov küçəsi 1A nömrəli ünvana müraciət edə bilərlər. Əlaqələndirici şəxs – X.Hüseynov. Telefon 595-38-28.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər iddiaçının hüquqi statusunu əks etdirən sənədləri və imzalanıb möhürlənmiş kotirovka təkliflərini 1 mart 2021-ci il saat 16.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri Bakı şəhəri, M. Mirqasımov küçəsi 1A nömrəli ünvanda 2 mart 2021-ci il saat 10.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər
Tender komissiyası
Köhnə versiyamızdan xəbərləri izlə