Ən son xəbərlər
Bu gün Topaz Premyer Liqasında 9-cu turun iki oyunu olacaq: “Sabah” – “Zirə”, “Sumqayıt” – “Qəbələ”. Turun daha iki görüşü isə sabah keçiriləcək: “Səbail” – “Keşlə”, “Neftçi”– “Qarabağ”.
Liderin liderə qarşı oynayacağı sonuncu görüş xüsusi əhəmiyyət kəsb edir – qalib komanda zirvədə tək-tənha dayanacaq.
Hələlik isə “Neftçi”nin səkkiz, “Qarabağ”ın yeddi oyundan sonra 19 xalı var. Cədvəldə üçüncü mövqedə olan “Sabah” 13 xal toplamışdır.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə