Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsi AÇIQ TENDER ELAN EDİR

Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsi 2021-ci il üçün Lənkəran rayonu və kəndləri ərazisində idarənin balansında olan suvarma kanallarının lildən təmizlənməsi və çay məcralarının təmizlənməsi işləri ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR:

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.
Malgöndərənlərlə vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan əlaqələndirici şəxs- Quliyev İslam Heybət oğlu
Tel-(025 25) 4-21-29.
E-mail: [email protected]
• Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri
• Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsi
• H/h- AZ96CTRE00000000000002352001
• VÖEN- 2600199161
• Bank-Dövlət Xəzinədarlığı Agentliyi
• Təsnifat kodu- 2352001
• VÖEN- 2603335501
• Kod- 210005
• M/h- AZ85NABZ01350100000003003944
• S.W.İ.F.T.B.İ.K: CTREAZ22
• İştirak haqqı 100 (bir yüz) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox) qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 19 mart 2021-ci il saat 11.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 5 aprel 2021-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 6 aprel 2021-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
 

Tender komissiyası

24 Fevral 2021 02:47 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
27 Fevral 2021 | 08:59
BİLDİRİŞ
27 Fevral 2021 | 08:57
BİLDİRİŞ
27 Fevral 2021 | 08:51
BİLDİRİŞ
27 Fevral 2021 | 08:46
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə