Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazilərin müayinəsi üçün Türkiyədən Azərbaycana həkim heyəti gətirilib - VİDEO

“YAŞAT” Fondunun dəstəyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib.

Fonddan "Xalq qəzeti"nə verilən məlumata görə, heyətin tərkibində  ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var.

Türkiyəli yüksək ixtisaslı həkimlər 3 gün ərzində Vətən müharibəsində ağır yaralanmış 150-dən çox hərbi qulluqçumuzun müayinəsini həyata keçirəcəklər.  Ağır yaralı olan qazilərimizin həkim rəyi əsasında xaricə göndərilməsi də Fond tərəfindən təmin ediləcək

 

23 Fevral 2021 17:20 -

Köhnə versiyamızdan xəbərləri izlə