Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi barədə elan verilib

Fövqəladə Hallar Nazirliyi (FHN) “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarına əsasən, nazirlik yanında yaradılacaq İctimai Şuraya seçkilərin keçiriləcəyini elan edir.

FHN-in mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, İctimai Şuraya vətəndaş cəmiyyəti institutlarının seçkidə iştirak barədə müraciətləri fevralın 26-dan aprelin 3-dək qəbul olunacaq.

İctimai Şurada üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı qaydası, eləcə də namizədlərə dair tələblər aşağıdakılardır:

- İctimai Şurada üzvlüyə yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, fövqəladə hallar sahəsində təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər;

- Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şurada üzvlüyə yalnız bir namizəd irəli sürə bilər;

- İctimai Şurada üzvlüyə Fövqəladə Hallar Nazirliyi işçilərinin namizədlikləri irəli sürülə bilməz.

Namizədin qeydiyyatı məsələsinə baxılması üçün İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə), namizədin şəxsiyyət vəsiqəsinin surəti, tərcümeyi-halı, namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiqləyən, eləcə də namizədin fövqəladə hallar sahəsi üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədlərin (əmək kitabçası və digər təsdiqedici sənədlərin) surətləri təqdim olunmalıdır. Müraciət zamanı namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.

İctimai Şuraya seçkidə yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri seçici qismində iştirak edə bilərlər. Seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu iki təmsilçisinin namizədliyini irəli sürməlidir. Seçki komissiyasının üzvləri seçici qismində çıxış edə bilməzlər.

Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün onun (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyata alınması üçün müraciət, seçicinin şəxsiyyət vəsiqəsinin, vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiqləyən sənədin və vətəndaş cəmiyyəti institutunun nizamnaməsinin surətləri təqdim olunmalıdır.

Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə fövqəladə hallar nazirinin əmri ilə yaradılmış seçki komissiyası tərəfindən baxılır.

Qeydiyyat üçün sənədlər elektron formada ([email protected]) elektron poçt ünvanına göndərilməlidir.

23 Fevral 2021 16:22 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə