Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət Hacıyev: Beynəlxalq ictimaiyyət Ermənistanın illərdir tətbiq etdiyi bu vəhşiliyi görməlidir

Azərbaycan Prezidentinin köməkçkisi Hikmət Hacıyev Türkiyənin “Anadolu” agentliyinə verdiyi açıqlamada Azərbaycan ordusunun azad etdiyi ərazilərdə bütün qəbiristanlıqların işğalçılar tərəfindən xarabalığa çevrildiyini bildirib.

"Xalq qəzeti" xəbər verir ki, H.Hacıyevin sözlərinə görə, məzarlara qarşı belə rəftar, onların talan edilməsinə söz tapmaq mümkün deyil.

“Sanki ölülərdən də intiqam almaq istəyiblər. Bu, vandalizmin ən iyrənc formasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın illərdir tətbiq etdiyi bu vəhşiliyi görməlidir”, - deyə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərə səfər edən “Anadolu” agentliyinin əməkdaşı 30 il müddətində düşmən tapdağı altında qalmış ərazilərimiz barədə qısa məlumat verib, dağıdılmış məzarları fotokamerasının obyektivinə köçürüb.

 

23 Fevral 2021 15:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə