Ən son xəbərlər
Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi Azərbaycan Dillər Universitetində rəsmi açılışı olacaq Macar dili və mədəniyyəti mərkəzində olub.
ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları universitetdə görməkdən şad olduğunu bildirib. O, universitetdə yeni yaradılacaq Macar dili və mədəniyyəti mərkəzinə baxış keçirildiyini söyləyib.
Səfir V.Sederkenyi mərkəzin yaradılması ilə bağlı təşəbbüsü yüksək qiymətləndirib. Səfir mərkəzin lazımi resurslar, kitablarla təchiz olunmasında yaxından dəstək olacağını bildirib. Mərkəzə baxışdan sonra Budapeşt Universitetinin əməkdaşı Anna Gacsın "Nobel mükafatlı macar yazıçı İmre Kertes və romanları" mövzusunda çıxış edib.
Daha sonra İmre Kertesin avtobioqrafik romanı əsasında çəkilmiş "Bəxtsiz" filmi nümayiş olunub.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə