Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AQTA daha bir ərzaq məhsulları anbarında nöqsanlar aşkarlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Xocahəsən-Lökbatan yolunun 4-cü kilometrliyində yerləşən "Fenix Trade" MMC-yə məxsus anbarda yoxlama keçirilib. 

AQTA-dan "Xalq qəzeti"nə verilən xəbərə görə, yoxlama zamanı malların etiketlənməsi, saxlanılması və satışı qaydalarının kobud şəkildə pozulduğu aşkar olunub. Agentlik tərəfindən etiket məlumatları dəyişdirilmiş məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

23 Fevral 2021 12:43 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
1 Mart 2021 | 20:13
Qobustanda zəlzələ olub

Köhnə versiyamızdan xəbərləri izlə