Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gürcüstanda daha 493 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 493 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 268 995, ölənlərin sayı isə 3 457 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 262 796 nəfərinin sağaldığı bildirilir.

23 Fevral 2021 10:57 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə