Ən son xəbərlər
Avstraliyada əhalinin koronavirusa qarşı peyvəndinə start verilib. İlk peyvənd olunanlar arasında Avstraliyanın Baş naziri Skott Morrison da olub.
Bunu ölkənin səhiyyə naziri Qreq Hant jurnalistlərə müsahibəsində açıqlayıb. Nazir qeyd edib ki, Avstraliya hökuməti ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin birgə istehsal etdiyi peyvənddən istifadə edir. İlk mərhələdə ölkənin 190 şəhərində təqribən 60 min nəfər peyvənd ediləcək. Qeyd edilir ki, Avstraliya hökuməti tərəfindən sifariş edilən peyvəndin ilkin həcmi 150 milyon doza təşkil edir.
Xəbəri SKY “News” verib.
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə