Ən son xəbərlər
İspaniya çempionatının 24-cü turunda keçirilən “Barselona”– “Kadiz” matçı Kataloniya klubunun kapitanı Lionel Messi üçün əlamətdar olub.
Belə ki, argentinalı ulduz Xavinin 505 oyunluq rekordunu geridə qoyub.
La Liqada 506 matça çıxaraq “Barselona”da ən çox oyun keçirən futbolçu olan Messi klubun mütləq rekordçusu olub.
Xəbəri “Futbol.ua” verib.
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə