Ən son xəbərlər
Türkiyə hərb sənayesinin flaqmanlarından olan “Bayraqdar TB2” pilotsuz uçuş aparatı (PUA) 300 min uçuş saatını geridə qoyub.
Bununla da qardaş ölkənin havada ən uzun müddət xidmət aparan milli texnikası olub və bu baxımdan aviasiya tarixində rekorda imza atıb. Bu barədə “Bayraqdar TB2” PUA-sını hazırlayan Səlcuq Bayraktar tvitter hesabında paylaşım edib. O, paylaşımında PUA-nın bu günə qədər istifadə olunduğu əməliyyatlardan, o cümlədən Vətən müharibəsində qeydə alınan görüntülərdən istifadə edib.
Xəbəri “Anadolu” verib.
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə