Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Parkın ikinci hissəsi salınır

Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ildən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar "Sovetski" məhəlləsində yaşayan əhalinin köçürülməsinə və köhnə evlərin sökülməsindən sonra bu ərazidə Bakının Mərkəzi Parkı kimi tanınan istrahət guşəsi salınıb.

Park Nəriman Nərimanov, Abdulla Şaiq, Süleyman Rüstəm və Mirzəağa Əliyev küçələrini əhatə edir. Parkın birinci hissəsi 2019-cu il mayın 22-də ictimaiyyətin istifadəsinə verilib. Hazırda Mərkəzi Parkın ikinci hissəsinin salınmasına başlanılıb. Parkın yeni hissəsi Mirzəağa Əliyev və Bəşir Səfəroğlu küçələrinin arasında yerləşir. Burada insanların hərəkəti üçün xüsusi zolaqlar salınıb, pilləkənlər quraşdırılıb və ərazidə ağaclar əkilib. Parkın bu hissəsinin meşə tipli olacağı bildirilir.

“Xalq qəzeti

23 Fevral 2021 06:00 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 Mart 2021 | 01:44
“F-22 Raptor” birincidir
2 Mart 2021 | 02:15
Yeni rekord

Köhnə versiyamızdan xəbərləri izlə